Şriftin ölçüsü :

Saytın rəngi :

Qohumunun sağlamlığına ağır xəsarət yetirərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

14.08.2021

Xəbər verildiyi kimi, mayın 2-də 1984-cü il təvəllüdlü Siyəzən şəhər sakini Hüseyn Hüseynova qaynı tərəfindən sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki,  zərərçəkmişin qaynı Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.
Toplanmış kifayət qədər sübutlar əsasında Əliyev Qabil Valeh oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.