Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi qanuni məhdudiyyətlər üçün parametrlər müəyyən edib: “Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayış maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması üçün, sağlamlığın və ya mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını alınmaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”.
Bu maddə dövlətlərə müvafiq məhdudiyyətlər tətbiq etməyə səlahiyyət verir, lakin Avropa Məhkəməsi məhdudyyətlərin tətbiq edilməsi üçün 3 zəruri şərti irəli sürür: 1. Məhdudiyyət qanunla nəzərdə tutulmalı, 2. Məhdudiyyət 10-cu maddəsinin 2-ci bəndində sadalanmış maraqlardan birini qorumalı, 3. Məhdudiyyət həmin marağı qorumaq üçün "demokratik cəmiyyətdə zəruri olmalıdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı