Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ədalət mühakiməsində hüquqşünasların rolu

12.08.2021

Kyprianou Kiprə qarşı işində Avropa Məhkəməsi ədalət mühakiməsində hüquqşünasların xüsusi rolunu qeyd edərək bu sahədə müəyyən etdiyi prinsipləri təkrar bəyan etmişdir: Hüquqşünasların xüsusi mövqeyi dövlət və məhkəmələr arasında vasitəçi kimi onlara ədalət mühakiməsində mərkəzi yer verir. Bu mövqe adətən Vəkillər Kollegiyasının üzvlərinin davranışlarına tətbiq edilən məhdudiyyətləri izah edir. Hüquqşünasların bu sahədəki əsas roluna gəldikdə onların ədalət mühakiməsinə öz töhfəsini verməsini və beləliklə, ictimai etimadı təmin etmələrini gözləmək qanunidir. Vəkillərin cəmiyyətdə ədalət mühakiməsi ilə bağlı rəy bildirmək hüququna sahib olmasına baxmayaraq, onların tənqidi müəyyən sərhədləri aşmamalıdır. Bundan başqa hüquqşünasların məhkəmə zalında ifadə azadlığı hüququ qeyri-məhdud deyil və müəyyən maraqlar, məsələn, ədliyyənin nüfuzu bu hüququn məhdudlaşdırılması üçün kifayətdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.