Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fikri ifadə etmək azadlığı

10.08.2021

Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində aşağıdakı şərtlərlə ifadə azadlığı hüququnu təmin edilir:
“Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə üzv dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.”.
Təminat yalnız ifadənin məzmununu deyil, həmçinin onların yayılması vasitələrini də əhatə edir. Avropa Məhkəməsinin qeyd etdiyi kimi: Ötürmə vasitələrinə tətbiq edilmiş hər hansı məhdudiyyət mütləq şəkildə informasiya almaq və yaymaq hüququna müdaxilə edir. Məhkəmənin presedent hüququ müxtəlif yayım sistemlərini şifahi, çap şəklində, radio, şəkillər, simvollar, bukletlər, nümayişlər, filmlər və elektron informasiya sistemləri daxil olmaqla qoruyur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.