Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilib.
“e-KOB evi” portalı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və Əsasnaməsinin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin göstərilməsini təmin edir.
Portalın fəaliyyəti “bir pəncərə” prinsipi əsasında müasir texnologiyalar tətbiq edilməklə təmin olunur. İstifadəçilərin portal vasitəsilə xidmət almaq üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq, iştirakçılara sorğular göndərmək, həmin sorğulara dair cavablar almaq, sahibkarlıq sahəsində hazırlanmış və portalda yerləşdiriləcək hüquqi aktların layihələrinə dair təkliflər vermək, reyestrə daxil olmaq və oradan məlumatlar əldə etmək hüquqları vardır. Sahibkarlar qurumların onlara göstərdikləri “G2B” (dövlət-biznes) xidmətlərə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, “B2B” (biznes-biznes) çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətləri, eləcə də məsləhət (konsaltinq) xidmətlərindən istifadə edə bilərlər.
Portalın sahibi və operatoru Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.
https://president.az/articles/52698

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı