Şriftin ölçüsü :
Saytın rəngi :
09.07.2021-ci il tarixli Qanun ilə “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, qanunda göstərilən orqanlarda qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir.
Həmçinin qeyd olunan orqanlara qulluğa qəbul edilən və ya dövlət qulluğundan həmin orqanlara qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır.
https://president.az/articles/52688

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı