Şriftin ölçüsü :

Saytın rəngi :

#vətəndaşqəbulu - Vətəndaşların prokurorluğa müraciətlərinə dair videoçarx

09.08.2021

Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilmişdir.
Həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır. 
Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir. 
Hazırkı təqdim olunan videoda isə vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilmişdir. 
Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.