Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi bildirir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində təsbit edilmiş təqsirsizlik prezumpsiyası - cinayət işi üzrə məhkəmə araşdırmasında 6-cı maddənin 1-ci bəndinin tələb etdiyi elementlərdən biridir. Həmin bənd o vaxt pozulur ki, cinayət əməlində ittiham olunan şəxsin təqsirli olması qanun əsasında sübut edilməzdən əvvəl, həmin şəxslə bağlı dövlətin vəzifəli şəxsi tərəfindən verilən bəyanatda onun təqsirli olduğu fikri əks olunur. Hətta hər hansı formal qərar olmasa belə, bu bəyanat təqsirləndirilən şəxsin vəzifəli şəxs tərəfindən təqsirkar hesab edildiyini əsaslı olaraq düşünmək üçün kifayət edir.
Bununla bağlı Avropa Məhkəməsi, şəxsin məhkəmə araşdırmasının keçirilməsindən və cinayət törətməyə görə təqsirkar sayılmasından əvvəl, dövlətin vəzifəli şəxslərinin öz bəyanatlarında sözləri düzgün seçmələrinin vacibliyini vurğulayır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı