Şriftin ölçüsü :
Saytın rəngi :
İbtidai həbsin ağlabatanlıq meyarları
Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndində işlədilən bu müddəanın – “ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək” əsas məqsədi istintaq dövründə müddətsiz tutulma və ya həbsə almanın qarşısını almaqdır. Vemhoff AFR-ə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, həbsdə olan təqsirləndirilən şəxsin işi azadlıqda olan təqsirləndirilən şəxsin işindən üstünlüyə malik olmalıdır. Yəni həbsdə olan şəxsin barəsində ibtidai və məhkəmə istintaqı daha səmərəli və tez, xüsusi səy göstərilməklə aparılmalıdır.
Avropa Məhkəməsi dəfələrlə qərar çıxarmışdır ki, “şəxsin uzun müddət həbsdə saxlanılmasına yalnız o halda haqq qazandırıla bilər ki, təqsirsizlik prezumpsiyasına baxmayaraq, işdə ictimai maraqların müdafiə tələbinin şəxsi azadlığa hörmət tələbindən üstün tutulmalı olduğunu göstərən dəqiq əlamətlər olsun. Üstəlik, Məhkəmə təsdiq etmişdir ki, həbs edilən şəxsin cinayət törətməsi ilə bağlı əsaslı şübhənin olması onun həbsdə saxlanmasının zəruri ilkin şərtidir, lakin müəyyən müddət keçdikdən sonra həmin şübhə həbsdə saxlanma üçün kifayət etmir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı