Şriftin ölçüsü :

Saytın rəngi :

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib

03.08.2021

Xəbər verildiyi kimi, 14.04.2021-ci il tarixdə Ucar rayonu, Qarabörk kənd sakini 1985-ci il təvəllüdlü Validə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilmiş və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.