Şriftin ölçüsü :
Saytın rəngi :
İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Özbəkistan Respublikasının vətəndaşı Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı