Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir

30.07.2021

İyulun 30-u səhər saatlarında  Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu  qəsdən öldürmüşdür.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq  davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.