Şriftin ölçüsü :

Saytın rəngi :

ANAMA əməkdaşının minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

27.07.2021

27 iyul 2021-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.