Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİ BİLİKLƏRİNİ ARTIR

27.07.2021

“Ələt azad iqtisadi zonası haqqında” Qanunun icrası ilə əlaqdəar “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”,  “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən, ələt azad iqtisadi zonasında torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi sahəsində münasibətlər, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi sahəsində münasibətlər, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində münasibətlər, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası sahəsində münasibətlər, bu zonanın fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınması sahəsində münasibətlər, xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər, həmin zonada sahibkarlıq fəaliyyətinin təşkili qaydaları “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

https://president.az/articles/52607

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.