Şriftin ölçüsü :

Saytın rəngi :

Dayısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir

26.07.2021

İyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
     Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.