Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etməkdə şübhəli bilinən şəxs tutulmuşdur

24.07.2021

İyulun 22-də rayonun Bərdə şəhər sakini Əfsanə Yusifzadənin zəncirlə bağlanması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırılmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.