Şriftin ölçüsü :

Saytın rəngi :

#prokurorluqdanizah

23.07.2021

Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarxda vətəndaşları maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılıb

​Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva “Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?”, “14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?” suallarını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.