Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR

22.07.2021

Ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq 18 iyul 2021-ci il tarixdə rəsmi dərc edilən Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik edilmişdir. 
Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəmədə hazırlıq institutunun təkmilləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsi, icrada dönüş institutunun formalaşdırılması ilə əlaqədar olmuşdur.
Bundan başqa, məhkəmənin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilməsinə dair müddəalar məcəlləyə əlavə edilmişdir. 
Qeyd olunanlardan əlavə, bəzi prosessual müddətlərdə dəyişikliklər edilmiş, mülki işlər üzrə kiçik iddialara aid edilməklə sadələşdirilmiş icraat nəzərdə tutulan iddiaların qiyməti 2000 manatdan 5000 manatadək qaldırılmış, bununla da qiyməti 5000 manatdan az olan iddialar kiçik iddialar hesab edilmişdir.
Qanunun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.