Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul Azərbaycan Milli mətbuatı günü - Azərbaycan Milli mətbuatının yaradılmasının 146-cı ildönümüdür

22.07.2021

1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.