Şriftin ölçüsü :

Saytın rəngi :

Əmisi oğlunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

19.07.2021

İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində  qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  zərərçəkmişin əmisi oğlu  2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüşdür.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq  davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.