Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayon sakini Baş Prokurorluğa video müraciət edərək məmnunluğunu ifadə etmişdir

17.07.2021

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması,özəlləşmə prosesinin ləngiməsi ilə bağlı  Füzuli rayon prokurorluğuna müraciət etmişdir. 
 Araşdırma nəticəsində məsələ müsbət həllini tapmış və  Y.Baxşalıyevin müraciəti təmin olunmuşdur. 
Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş etmişdir.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.