Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğın hadisələri ilə bağlı Baş Prokurorluqdan növbəti xəbərdarlıq

13.07.2021

İşğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunmaqdadır
Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi  yanğın hadisələrinə səbəb olur.
Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur.
Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki,
bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!
“Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!”

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.