Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

05.07.2021

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış  nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür. 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.