Şriftin ölçüsü :

Saytın rəngi :

Göyçay rayon sakininin arvadını və özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

05.07.2021

İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürmüşdür.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır.
     Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.