Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs tutulmuşdur

26.06.2021

İyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd etmişdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.