Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər prokurorluğunun MƏLUMATI

29.05.2021

Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılmışdır.
Bununla bağlı bildiririk ki, ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilmiş və nəticədə  təbiətə 3 min manat məbləğində ziyan dəymişdir.
29 may 2021-ci il tarixdə fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılmışdır.
Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.