Şriftin ölçüsü :

Saytın rəngi :

Iki nəfər şəxsin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

11.05.2021

09.05.2021-ci il tarixdə, saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə  rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova  ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd etmişdir. 
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.