Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurmuş, nəticədə Sahib Əhmədov hadisə yerində ölmüş, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət almışdır.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq aparılır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı