Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqsanə Xangəldiyevanın Lənkəran RMX-da ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

04.05.2021

Mayın 03-də saat 21 radələrində Lerik rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 02-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilmişdir.
Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.