Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayon sakininin sağlamlığına qəsdən ağır zərər vurulması nəticəsində ölməsi faktı əsasında cinayət işi başlanmışdır

03.05.2021

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində  Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu  Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.