Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Mətbuat xidməti ictimaiyyətə #sözvətəndaşda həştəqi altında növbəti videoçarx təqdim etmişdir

21.04.2021

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür. 
Sirr deyil ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edir, sosial şəbəkələrdə çoxsaylı videomüraciətlər ünvanlayırlar. 
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Növbəti videoçarxda isə Qazax rayon prokurorluğuna müraciət edərək, şikayəti üzrə prokurorluq orqanlarında görülmüş işlərdən razılığını bildirən Qazax şəhər sakini Qurbanov Əhməd Həsən oğlunun videomüraciətini izləyə bilərsiniz.
Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.