Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun sudan qənaətlə istifadə ilə bağlı əhaliyə müraciəti

20.04.2021

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.
Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir.
Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan  istifadə etməyə çağırır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.