Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

30.03.2021

Martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.


Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.


Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.