Şriftin ölçüsü :
Saytın rəngi :
Martın 26-da saat 21 radələrində Bərdə rayonu, Muğanlı kənd sakini Aygün Əhmədazdənin “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Doğum Evində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1994-cü il təvəllüdlü Aygün Əhmədzadə qeyd edilən tarixdə uşaq dünyaya gətirdikdən sonra doğum evində ölmüşdür.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi zərərçəkmiş şəxsin ölümünün səbəblərinin müəyyən edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı