Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

08.03.2021

Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Hər gün, hər an işdə və evdə zərif, diqqətli və qayğıkeşsiniz. Həyatlarını prokurorluqda xidmətlə əlaqələndirən qadınlara ayrıca minnətdarlıq bildirmək istəyirəm.  Qarşınızda duran vəzifələrin öhdəsindən  vicdanla və fədakarlıqla gəlməyiniz Sizin böyük potensiala və əzmə malik olmağınızın göstəricisidir. Bizim uğurlarımızın arxasında çox vaxt sizin müdrikliyiniz, səbriniz və dəstəyiniz dayanır.  Prokurorluğun veteran xanımlarına da uzun illər qanunlara qüsursuz xidmət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm.  Sizə cansağlığı, sevgi, xoşbəxtlik, ailə rifahı və peşə uğurları diləyirəm.  Bayramınız mübarək!

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.