Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokuroluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak etmişlər.

25.02.2021

Cari ilin 22-24 fevral tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda onlayn təlim keçirilmişdir. Tədbirdə prokurorluq, polis, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak etmişlər.

Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılmış, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı təlim iştirakçıları kazus üzərində işləmiş, müvafiq məruzələr hazırlamışlar.

İştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş, yekunda iştirakçılar arasında təlim zamanı qazanılmış biliklərin yoxlanılması məqsədilə yazılı sorğu keçirilmiş, sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif edilmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.