Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzanmışdır
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə müxtəlif dövlət orqanlarının təlim-tədris mərkəzləri, ölkəmizin aparıcı elmi və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır.
Həmin tədbirlərin davamı olaraq, 23 fevral 2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi əməkdaşları ilə işgüzar görüş keçirilmişdir.
Görüş çərçivəsində həmkarlarımız Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati bina kompleksi, o cümlədən Elm-Tədris Mərkəzi, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, bundan əlavə kompleksin digər binasında yerləşən ən müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş kriminalistika, dindirmə otaqları, cinayət prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı ilə tanış olmuşlar.
44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya və orada olan Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətləri təsdiq edən maddi sübut və eksponatlar qonaqlarda xüsusi maraq oyatmışdır.
Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi Mirəli Kazımovun iştirakı ilə tədris mərkəzləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Memorandum tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmağa və inkişaf etdirməyə, habelə iki qurumun arasında qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığının genişləndirilməsi istiqamətində səylərin birləşdirilməsinə geniş imkanlar yaradacaqdır.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı