Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun yeni inzibati bina kompleksində mötəbər tədbir təşkil edilmişdir

11.02.2021

Fevralın 11-də paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Baş Prokurorluq tərəfindən media-tur təşkil edilmişdir.
Daha sonra prokurorluq əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir zamanı “Qarabağ Azərbaycandır” adlı kitabın təqdimatı həyata keçirilmişdir.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov  iştirak etmiş, eləcə də Fuad Ələsgərov yeni inzibati bina kompleksində yaradılmış şəraitlə tanış olmuşdur.
Mərasim zamanı, həmçinin, “Mobil Vətəndaş Müraciəti” adlı mobil tətbiqetmənin  təqdimatı həyata keçirilmişir.
"Qanun keşikçiləri" adlı  bədii sənədli filmin təqdimatı həyata keçirilmiş, daha sonra prokurorluq əməkdaşlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə film seyr edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.