Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak edib

08.02.2021

Mühüm dövlət təsisatlarından olan Azərbaycan Respublikası Prokurorluğunun maddi-texniki bazasının yaxşılaşdırlması və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirlməsi Ümummili Lider Heydər Əliyevin diqqət mərkəzində olmaqla bu sahədə mühüm fərman və sərəncamlar imzalanmış, əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tərəfindən fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının  fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşası davam etdirilir.
     Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə Dövlət Başçısının 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilməklə yeni  idarə  və şöbələr yaradılmışdır.
    Azərbaycan Respublikası Baş prokurorluğunun  fəaliyyət göstərən və  yeni yaradılmış idarə və şöbələrinin rasional və səmərəli fəaliyyətini təmin etmək məqəsdilə paytaxtın Binəqədi rayonu,  21-ci Dağlıq küçəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksinin tikintisi başa çatdırılmışdır.
    Ətrafda abadlıq işləri aparılaraq, yaşıllıq zolağı salınmış, asfltlanma işləri görülmüş, müasir işıqlanma sistemləri  quraşdırlmışdır.
    Dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2  tikilisində yataqxana və konfrans korpusları yerləşir.
     Bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri  təciz olunmuşdur.
    Müasir informasiya-kommuniksiya qurğuları quraşdırılmış vətəndaşların qəbul otağında müraciətlərə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair normativ sənədlər, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları, “qaynar xətt” əlaqə mərkəzlərinin telefonları əks olunan olan lövhələr vardır.  
      Cinayət prosesi iştirakçılarının  dindirlməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulmuşdur.Eyni zamanda cinayət prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq  tanıyan şəxsin  təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı  vizual müşahidəni  istisna edən şəratitdə aparmağa imkan verən istintaq otağı yaradılmışdır.
    Kriminalistika otağı əl-barmaq izlərini  skaner üsulu ilə aşkar edən və tozlu səth üzərindən izləri götürmək üçün qurğu, hadisə yerininə baxışı protokollarının nümunələrinə aid fotocədvəllər, müxtəlif növ kamera çəkilişlərininə baxış keçirilməsi cihazları, 4 k formatında çəkiliş aparan  kvadrokopter,   su altı çəkiliş aparmaq üçün nəzərdə tutulmuş  dron, qara və əlvan metalların axtarışı üçün və geoloji radar funksiyasını həyata keçirən  yer səthində müxtəlif predmetləri aşkar etmək üçün nəzərdə tutulan cihaz və sair avadanlıqlarla təmin olunmuşdur.
   İnzibati binada  3 iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verəcəkdir.
    İnzibati binanın 2-ci mərtəbəsində  44 günlük Vətən müharibəsinə həsr olunmuş  tarixi-memorial qalereya  yaradılmışdır.
   Maddi sübut otaqlarının etibarlı mühafizəsi  dəmir qapı və siqnalizasiya vasitəsilə təmin edilmişdir.  
    Təhlükəsizliyin etibarlı təmini məqsədi ilə müasir tipli kamera, metalaşkarlayıcı, çantayoxlayan rentgen qurğuları və turniketlər istifadəyə verilmişdir.
   Mühafizə otağı, arxiv, dəftərxana xidməti də müasir tələblər səviyyəsində qurulmuşdur. Əməkdaşlar üçün hər cür şəraiti olan yeməkxana istifadəyə verilmişdir.
   Kompleksin yardımçı binasında xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar nəzərdə tutulmuşdur.
 Yaradılmış yeni şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyəti üçün zəmin yaradacaqdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.