Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayon prokurorluğunun MƏLUMATI

03.02.2021

Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində B.İmanov həlak olmuş, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.