Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon Prokurorluğunun MƏLUMATI

28.01.2021

28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.