Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat xidmətinin MƏLUMATI

25.01.2021

Prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış  “961” nömrəli Çağrı Mərkəzinə 1 iyul 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 7711 zəng daxil olmuş, 7407 zəng üzrə müvafiq izah verilmiş, 304 məsələ prokurorluğun səlahiyyətlərinə aid olduğundan araşdırılması üçün aidiyyəti struktur qurumlara göndərilmişdir.
“Çağrı Mərkəzi”nə daxil olmuş 304 müraciətdən 167-i ibtidai istintaq və araşdırmanın qeyri-obyektiv aparılması, 67-i vəzifəli şəxslərin qanunsuz hərəkətləri və əsassız tələbləri, 57-i müxtəlif cinayət hadisələri, 1-i prokurorluq işçilərinin qanunsuz hərəkətləri, 12-i isə digər fəlaiyyətlə bağlı olmuşdur.
Bildiririk ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun “961” nömrəli Çağrı Mərkəzi fasiləsiz olaraq fəaliyyət göstərir və  mərkəzə müraciətlər respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə edilə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.