Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon prokurorluğunun MƏLUMATI

06.01.2021

Yanvarın 5-də saat 15 radələrində Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.