Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları “YAŞAT” Fonduna 500 min manat vəsait köçürüb

14.12.2020

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.
Daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna  ianə verilməsi qərarına gəlmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.