Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan Respublikasının silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə maarifləndirici video çarxlar hazırlanmışdır

02.11.2020

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olmuş, 105 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə bir daha özünün təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır. 

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.