Şriftin ölçüsü :
Saytın rəngi :
İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı 01 oktyabr 2020-ci il tarixdə başa çatdırılması nəzərdə tutulan sənədlərin elektron qaydada qəbulu prosesi həmin tarixdən sonra da davam etdiriləcəkdir.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində COVİD-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan müvafiq sənədlərin foto-surətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və digər məsələlər barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat əldə etmək olar.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı