Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon prokurorluğunun MƏLUMATI

24.09.2020

Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.