Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon prokurorluğunun MƏLUMATI

21.09.2020

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.
Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.