Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğu inkişaf və təkmilləşmənin yeni mərhələsində

19.09.2020

Tarix boyu Azərbaycan xalqına və dövlətinə sıx bağlılığı, sədaqətli xidməti ilə seçilən, bütün dövrlərdə ölkəmizdə ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının qorunmasında müstəsna əhəmiyyəti olan, bir əsrdən çox tarixə malik Azərbaycan Prokurorluğu bu gün 102 illiyini qeyd etməyə hazırlaşır.

28 may 1918-ci il tarixdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət quruculuğunda qarşıda duran mühüm vəzifələrdən biri də müstəqil dövlətin hüquq-mühafizə sisteminin, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması olduğundan, elə ilk vaxtlardan bu istiqamətdə mühüm işlər görülməyə başlanıldı. Azərbaycan Hökumətinin qərarı ilə əvvəllər mövcud olmuş, o cümlədən Bakı Soveti dövründə yaradılmış məhkəmə və istintaq orqanlarının, eləcə də məhkəmə səlahiyyətli komissiyaların fəaliyyəti dayandırıldı və Bakı Dairə Məhkəməsinin, habelə ona tabe olan struktur qurumların işi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə isə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başladı və bununla da, Azərbaycan Prokurorluğunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət olmuşdur. Bununla bərabər, prokuror müavinlərinə, həmçinin ibtidai istintaqın aparılmasına faktiki nəzarət vəzifəsi də həvalə edilmişdir.

Совет ишьалындан sonra Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yaradılmış bütün struktur qurumların, o cümlədən prokurorluq və istintaq orqanlarının yenidən yaradılması prosesi başladı. 28 aprel 1920-ci il tarixdə Azərbaycan Məhkəmə Palatası Prokurorunun tabeliyindəki prokurorlara “Hökumətin Prokurorluğa və Məhkəməyə aid olan xüsusi sərəncamı olmadan bütün əməkdaşlar öz yerlərində qalaraq, xidməti vəzifələrinin icrasını davam etdirməklə, sakitliyə riayət etsinlər” məzmunlu müraciət məktubu göndərildi. Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixdə qəbul etdiyi “Xalq məhkəməsi haqqında” dekret ilə Azərbaycan Məhkəmə Palatası, Bakı və Gəncə dairə məhkəmələri, onların yanında fəaliyyət göstərən prokuror nəzarəti və istintaq hissələri ləğv edilərək, cinayət işləri üzrə məhkəmədə ittiham və müdafiə funksiyalarının həyata keçirilməsi üçün qəza və quberniya sovetlərinin icraiyyə komitələri yanında ittihamçılar və müdafiəçilər kollegiyaları yaradıldı. 11 iyun 1922-ci il tarixdə Azərbaycan MİK-nin qəbul etdiyi “Azərbaycan SSR-nin Dövlət Prokurorluğu haqqında” dekretdə isə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Xalq Ədliyyə Komissarı olan Baş prokurorun rəhbərlik etdiyi və kifayət qədər səlahiyyətlərə malik sovet prokurorluğu orqanının təsis edilməsi nəzərdə tutuldu. 17 noyabr 1923-cü il tarixdə, prokurorluğun təhqiqat və istintaq orqanlarının fəaliyyətinə nəzarət və məhkəmədə dövlət adından ittihamı müdafiə etmək funksiyalarına malik olduğunu özündə əks etdirən “Azərbaycan SSR-nin məhkəmə quruluşu haqqında” 1922-ci il Əsasnaməsinə dəyişikliklər edilərək, həmin hüquqi akta dövlət prokurorluğu barədə xüsusi bölmə əlavə olunmuş, bununla da, Xalq Ədliyyə Komissarlığının nəzdində prokurorluq təsis edilmişdir. 6 iyun 1927-ci il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlarы  Sovetinin təsdiq etdiyi “Məhkəmə quruluşu haqqında” yeni Əsasnamədə bütöv bir bölmə prokurorluğa həsr olunmaqla, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Respublika Prokurorluğu İdarəsi yaradılmış və prokurorluğun ərazi orqanlarında dəyişikliklər edilərək, əvvəllər fəaliyyət göstərmiş mahal prokurorluqları birbaşa respublika prokuroruna tabe olan qəza və şəhər prokurorluqları ilə əvəz olunmuşdur. 1929-cu ilin iyun ayında isə Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi ilə əlaqədar qəza prokurorluqlarının əvəzinə yenidən mahal prokurorluqları yaradılmışdır.

1936-cı ildən etibarən SSRİ-дя mərkəzi hakimiyyətin gücləndirilməsi, ittifaq respublikalarınын səlahiyyətlərini məhdudlaşdırmaqla asılılığın artırılması məqsədilə prokurorluq sisteminin də mərkəzləşdirilməsi prosesi həyata keçirilmiş, SSR Иttifaqı MİK və XKS-nin “SSR İttifaqı Xalq Ədliyyə Komissarlığının yaradılması haqqında” 20 iyul 1936-cı il tarixli qərarı ilə bütün müttəfiq respublikaların, o cümlədən Azərbaycan SSR-nin prokurorluq və istintaq orqanları Xalq ədliyyə komissarlığının sturukturundan çıxarılaraq birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə verilmişdir. İkinci dünya müharibəsi dövründə digər dövlət qurumları kimi prokurorluğun da fəaliyyəti bir müddət hərbi məqsədlərə, daha dəqiq desək ölkənin hərbi gücünə xələl gətirə biləcək hallarla mübarizəyə yönəldilmişdir. 24 may 1955-ci il tarixdə “SSRİ-də prokuror nəzarəti haqqında” Əsasnamə təsdiq edilmiş və orada prokurorluğun əsas təyinatının qanunçuluğun təmin edilməsindən ibarət olması vurğulanmaqla, vəzifələr və fəaliyyət istiqamətləri konkret müəyyən olunmuşdur. 30 noyabr 1979-cu il tarixdə isə “SSRİ Prokurorluğu haqqında” Qanun qəbul olunmuş və həmin vaxtadək qüvvədə olan normativ hüquqi aktlardan fərqli olaraq yeni qanunla prokurorluğun səlahiyyətləri xeyli genişləndirilərək fəaliyyət istiqamətləri və funksiyaları uzun müddətli, daha dəqiq və əhatəli tənzimlənmişdir. Qeyd olunan qanunun bəzi müddəalarından irəli gələn bir sıra məsələlərin əlavə tənzimlənməsinə ehtiyac yarandığından “SSRİ prokurorluğu orqanları işçilərinin rütbə dərəcəsi haqqında” 28 oktyabr 1980-ci il tarixli, “SSRİ prokurorluğu orqanları prokurorlarının və müstəntiqlərinin həvəsləndirilməsi və intizam məsuliyyəti haqqında” 17 fevral 1984-cü il tarixli və “Prokuror-kriminalistlər haqqında”  27 iyun 1984-cü il tarixli əsasnamələr və digər normativ hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, SSRİ prokurorluq sisteminə daxil olan Hərbi Prokurorluğun fəaliyyətini isə onun strukturunu, funksiya və səlahiyyətlərini müəyyən edən “Hərbi Prokurorluq haqqında” 14 dekabr 1966-cı il tarixli Əsasnamə xeyli müddət tənzimləmişdir. “Hərbi Prokurorluq haqqında” 4 avqust 1981-ci il tarixli Əsasnamə isə uzun müddət, hətta ölkəmiz müstəqillik əldə etdikdən sonra belə, müəyyən dövr ərzində Hərbi Prokurorluğun fəaliyyətinin hüquqi əsası olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın  maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması Ulu öndərin ölkəmizdə bütün sahələrdə, o cümlədən prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olmuşdur. 

Ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müstəqil Азярбайъанда демократик, щцгуги вя дцнйяви дювлят гуруъулуьу prosesi, o cümlədən öлкямизин ali гануну olan Конститусийанын гябул едилмяси, orada щакимиййятлярин бюлцнмяsi принсипинин тясбит олунмасы, ганунвериъилик базасынын müasir tələblərə və бейнялхалг стандартлара уйьун təkmilləşdirilməsi, yeni идаряетмя цсулларынын бяргярар олмасы вя мцвафиг дювлят orqanларынын, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun формалашдырылмасы ulu öndər Щейдяр Ялийевин рящбярлийи иля эерчякляшян эенишмигйаслы nəhəng işlərin sayəsində mümkün olmuşdur.

Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olmuşdur.

Ulu öndərin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: “...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram...” kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir.

  Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra, Beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə və milli ənənələrə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. 

Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə və göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bugün də yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azаdlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.     

Böyük şəxsiyyət Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibi hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına və mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur.

Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi Азярбайъан Республикасынын Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Xüsusi vurğulanmalıdır ki, пrokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır. 

Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediлməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü idi.

2010-ъу ildə Şəmkir hərbi prokurorluğunun ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş yeni inzibati bina ilə təmin olunması, sözügedən prokurorluğun kollektivinə yüksək səviyyəli iş şəraitinin yaradılması onun işçilərinin əməyinə verilən yüksək qiymətin və göstərilən qayğının нятиъяси olmuşdur.

Qeyd etmək lazımdır ki, 2020-ci il prokurorluq orqanları üçün də əlamətdar olmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və mühüm dövlət postuna gətirilən II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni, islahatlar və səmərəli dəyişikliklər mərhələsi başlamışdır.

Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında o cümlədən hərbi prokurorluqda əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

Cari ilin birinci yarımili Hərbi prokurorluq orqanları üçün də uğurlu olmuşdur. Belə ki, Möhtərəm cənab Prezident İlham Əliyev ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etmişdir. Bu təyinat, Hərbi Prokurorluğa, onun rəhbərliyinə və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü idi.

Şəmkir Hərbi Prokurorluğunun kollektivi дя юз нювбясиндя dövlətin və rəhbərliyin прокурорлуьун фяалиййятини йцксяк гиймятləndirməklə verdiyi dəyəri, göstərdiyi diqqəti və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, nizam-intizamın daha da gücləndirilməsini təmin etmək, eləcə də cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün əllərindən gələni əsirgəməyəcəkdir.

 

                                                             Şöhrət Qəhrəmanov

Şəmkir hərbi prokuroru

ədliyyə polkovnik-leytenantı

İki sahil qəzeti, 19 sentyabr 2020-ci il

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.