Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan hüquq və azadlıqlarının müdafiəsi prokurorluğun fəaliyyətinin əsas prioritetidir.

17.09.2020

Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir.

İlham Əliyev

 

1 oktyabr 2020-ci ildə Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 102 ili tamam olur. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi yalnız o zaman üçün deyil, həmçinin sonrakı dövrlər üçün, bütövlükdə milli prokurorluq orqanlarımızın hazırkı yüksək inkişaf səviyyəsində formalaşdırılmasının əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik bir hadisədir.

Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin yaşadığı ömür illərinin hamısı, istisnasız olaraq, öz xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillərə örnək ola biləcək ibrətamiz həyat yoludur. Ulu öndərimizin 1969-cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir.

            Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi rəsmən 1991-ci il oktyabr ayının 18-dən başlasa da, xalqımız həmişə ürəyində yaşatdığı, həsrətində olduğu müstəqilliyə faktiki olaraq dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə qovuşdu.Belə ki, müstəqilliyinin ilk illərində ölkəyə nəzarət edə bilməyən dövlət başçılarının səriştəsizliyi nəticəsində istehsal dayanmış, iqtisadi böhran genişlənmiş,   idarəçilik orqanlarının biri-biri ilə qarşılıqlı əlaqələri qeyri-normal vəziyyətdə olmuş, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu olmamış, dövlət, millət və xalq faktiki parçalanmış, vətəndaş müharibəsi artıq reallığa çevrilirdi.

Belə bir çətin vəziyyətdə hamı yekdil bir qərara gəldi ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev zəkası və qətiyyəti xilas edə bilər.1993-cü il 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq, müstəqilliyimizin qorunub saxlanmasına nail oldu, vətəndaş və qardaş qırğınının qarşısını aldı və dinc quruculuq işlərinə başladı.

Zbiqnev Bjezinski ulu öndər haqqında demişdir: «Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət- bir sözlə şəksiz liderdir

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zaman kəsiyində iqtisadii və  mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq  olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

Bu baxımdan ilk növbədə əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması sahəsində ciddi tədbirlər görüldü.Sabit siyasi durum, mənəvi-psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək Milli inkişaf strategiyası müəyyənləşdirildi, bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox vacib işlər həyata keçirildi.

«Əsrin müqaviəsi»nin imzalanması, «Böyük ipək yolunun» bərpasına başlanması və xarici investisiyanın ölkəmizə cəlb olunması sahəsində görülən səmərəli tədbirlərlə xalqımızın sosial rifahının yaxşılaşdırılmasının, iqtisadiyyatın dirçəlişinin əsası qoyuldu, dövlətimizin ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan Silahlı Qüvvələr formalaşdı.

Ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhvə olmuşdur.Ulu öndər komissiya üzvlərinə müraciət edərək bildirmişdir ki, «Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun».

Aparılan bu böyük işin yekunu olaraq yeni Konstitusiya layihəsi 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarılmış və 1995-ci ilin noyabrın 12-də isə müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.

Bəllidir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.İnsan hüquqlarına hörmət, onların qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.Heç də təsadüfi deyil ki, «Əsas hüquqlar, azadlıqlar və vəzifələr» adlanan 2-ci bölmə 2 fəsildən- 41 maddədən ibarət olmaqla, həcminə görə Konstitusiyamızın ən böyük bölməsidir.

Uinston Çerçill siyasətçini böyük dövlət xadimindən onunla fərqləndirmişdir ki, siyasətçi gələcək seçkilər, əsl insanböyük dövlət xadimi isə gələcək nəsillər haqqında düşünür.

Göründüyü kimi, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsinin təmin olunması, siyasi plüralizm, üçpilləli məhkəmə sisteminin yaradılması, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, milli diasporumuzun fəaliyyətinin canlanması, azərbaycançılıq, milli özünüdərk ideyasının gücləndirilməsi məzh Heydər Əliyevin adı ilə bağlıdır.Bu siyahını sonsuzluğa qədər uzatmaq mümkündür.Dahi şəxsiyyətin azərbaycanın ictimai həyatında nüfuz etmədiyi sahə demək olar ki, yoxdur.Lakin yuxarıda sadalananlar azərbaycançılığı, dövlətçiliyi, millətçiliyi və bütövlükdə  azərbaycanın maraqlarının müdafiəsini  daha qabarıq şəkildə özündə əks etdirən hadisələrdir.

            Ulu öndərimizin bilavasitə rəhbərliyi  nəticəsində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu başlandı.Azərbaycan Respublikasında demokratik təsisatların bərqərar edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün hüquqi islahatlar həyata keçirildi, tamamilə yeni hüquq sistemi formalaşdı.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatların əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır.Həmin komissiya tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmış «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyat-axtarış fəaliyyəti haqqında» və s.qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyət daşımışdır.

Ulu öndərimizin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə «Prokurorluq haqqında» qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə zəmin yaratmış, prokurorluq orqanlarının müasirləşdirilməsini, onların məhkəməyədək icraat zamanı cinayət təqibi çərçivəsində insan hüquq və azadlıqlarının  real təminatçısına çevrilməsini təmin etmişdir.Bu gün mahiyyətcə yenidən formalaşmış və demokratik cəmiyyətə xas sivil bir orqan kimi - müstəqil azərbaycan prokurorluğu hüquq-mühafizə orqanları, eləcə də bütün digər dövlət təsisatları arasında yüksək səlahiyyətlərə, cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqeyə malik çevik və mükəmməl bir qurum kimi öz funksiyalarını yerinə yetirir.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquq və azadlıqlarının müdafəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşdırılması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı - Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur.Müstəqil respublikamızın Konstitusiyasında ilk dəfə olaraq ölkəmizin dövlət quruluş sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin siyasi dühasının məhsulu və yaratdığı şah əsəri müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yuksəlməsinə təminat yaradan dayanıqlı iqtisadi tərəqqiyə nail olunmuş, demokratik dəyərlərin daha da geniş vüsat alması ilə sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində irəliyə doğru inamlı addımlar atılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, mərkəzində Azərbaycan xalqı, onun qayğı və maraqları olan müdrik dövlət siyasəti ölkə vətəndaşlarının öz dövlətinə və Prezidentinə inamını və etibarını gündən-günə daha da artırır, xalqla iqtidar birliyini daha da möhkəmləndirir.Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqı və dövlətin həyata keçirdiyi siyasətdir, xalq-iqtidar birliyi ölkənin uğurlarının əsas şərtidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sosial məsələlərə xüsusi önəm verilməsi bu sahədə təqdirəlayiq nəticələrin, böyük uğurların əldə olunmasına, insanlara göstərilən qayğının yüksək həddə çatdırılmasına şərait yaratmış, sosial yönümlülük ölkənin dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir. Bunu dünyada son dövrün ən böyük qlobal bəlasına və probleminə çevrilmiş, ən inkişaf etmiş ölkələri belə ciddi sınağa çəkmiş koronavirusla bağlı mübarizə sahəsində dövlət başçısının rəhbərliyi və nəzarəti altında görülən çox önəmli qabaqlayıcı tədbirlər vətəndaşların maksimal dərəcədə qorunmasına imkan yaratmaqla dövlətin daim öz vətəndaşının yanında olduğunu, onun qayğısına qaldığını növbəti dəfə təsdiq etmişdir.

Aparılan mütərəqqi islahatlar, qlobal pandemiya ilə mübarizə fonunda ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələri üzrə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkə iqtisadiyyatının dayanıqlığının möhkəmləndirilməsi üzrə görülən cəsarətli addımlar, makroiqtisadi sabitliyin təmini üzrə mühüm tədbirlərlə yanaşı, sosial məsələlərin həlli ön planda saxlanılmaqla pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək proqramı, elektron sistemlər üzərindən proaktiv xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilməklə, onların davamlı tərəqqisi təmin edilir.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə imzalanmış fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılmasının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olmaqla əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ metodların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Respublikanın hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan prokurorluğu bu gün əvvəlki dövrlərlə müqayisədə daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibəti təzahürü idi.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının əsas inkişafı, peşəkar kadr korpusunun formalaşdırılması, bu orqanın məzmunca demokratik və sivil bir orqana çevrilməsi ulu öndərimizin adı ilə bağlıdır.Məhz Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun əməkdaşları ilə keçirdiyi görüşdən sonra hərtərəfli islahatlara start verilmiş, keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, mövcud olan nöqsanların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, milli maraqların qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin edilmişdir

Həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik maraqlarına əsaslanan "Prokurorluq orqanlarında qulluq keçmə haqqında, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında, "Prokurorluğun rəsmi emblemi haqqında qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin etmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı cinayətlər üzrə istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Respublikanın hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan prokurorluğu bu gün əvvəlki dövrlərlə müqayisədə daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir.Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ümumbəşəri problemlər sırasında xüsusi yer tutan korrupsiya və onun təzahürləri ilə mübarizə istiqamətində də səmərəli addımlar atılmış, korrupsiyaya qarşı mübarizə ölkədə həyata keçirilən islahatların ən mühüm tərkib hissəsi olmuşdur.

Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alılnması və təqibi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması məqsədilə 03 mart 2004-cü il tarixli ölkə Prezidentinin sərəncamı ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.

Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlara uyğun olaraq şərtlənən ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxmışdır.

Bu zərurət 1 may 2020-ci il tarixdə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokuroru cənab Kamran Əliyevi videoformatda qəbulu zamanı bir daha vurğulanmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Belə ki, prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksək ixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunmuşdur. Keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara və innovativ düşüncələrə malik kadrların önə çəkilməsi, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi vacib məqamlar kimi vurğulanmışdır.Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Dövlət Başçısının göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılmış, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilmişdir. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəki məhkəmə kompleksinin yeni inzibati binasının açılışındakı proqram xarakterli çıxışında bildirmişdir ki, məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.Buna nail olmaq üçün çox güclü siyasi iradə var- dövlət tərəfindən göstərilən iradə.Eyni zamanda, çox böyük ictimai dəstək var-xalq tərəfindən göstərilən dəstək.O ki qaldı dövlət məmurlarına-vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər.Əfsuslar olsun, biz hələ ki bu xoşagəlməz mənzərə ilə üzləşirik.Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.

«Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda ibtidai araşdırmaya prosessual rəhbərlik prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi təsbit olunmuşdur.

«Prokurorluğun cinayət mühakimə sistemində roluna dair» Avropa Şurasının Tövsiyələrinin 20-ci bəndində  prokurorluğun ədalətli məhkəmə araşdırılmasında rolunu müəyyən edir.Həmin bənddə göstərilir ki, prokurorluğun əməkdaşları hüquqi prosedur zamanı obyektivliyini və qərəzsizliyini sübut etməlidir.Onlar, həmçinin izləməlidirlər ki, məhkəmə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün zəruri olan faktın və hüququn bütün elementlərinə malik olsun.Qeyd olunan Tövsiyələrdə prokurorluğun cinayət işlərinə dair dövlət siyasətini həyata keçirmək, bununla bağlı həmin işlərin istintaqına rəhbərlik etməsi və habelə digər səlahiyyətlər nəzərdə tutulmuşdur.       

Beynəlxalq standartlara cavab verən və ümumbəşəri dəyərləri o cümlədən qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi, təqsirsizlik prezumpsiyası, azadlıq hüququnun, şəxsiyyətin toxunulmazlığı hüququnun, şəxsi həyatın toxunulmazlığı hüququnun və digər fundamental hüquqların  təmin edilməsini özündə cəmləşdirən mövcud Cinayət və Cinayət-Prosessual Məcəllələrimiz və digər qanunlarımız səmərəli istintaq aparılmasına  kifayət qədər  zəmin yaratmışdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə hüququ özündə səmərəli istintaqı da ehtiva edir. Səmərəli istintaq isə cinayət təqibi başlandığı andan sona çatanadək təqibin qanuniliyinin, tərəflərin bərabərliyinin təmin edilməsi, cinayət prosesi iştirakçılarının vəsatət və xahişlərinə qanunla nəzərdə tutulmuş müddətlərdə baxılması və onların qanuni həlli, cinayət işinin istintaqı zamanı bütün xüsusatlara zəruri hüquqi qiymət verilməsi və  Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsi deməkdir.Səmərəli istintaqın aparılması isə